Posted by: javideas on: 08/03/2012
Bu yaxınlarda Bakıda olan rumın dostumun Cənubi Qafqaz səyahətinə Dağlıq Qarabağ da daxil idi. Şəkilləri görəndə, qısqandım, əcnəbi olub ora getmək istədim lap. Soruşanda Azərbaycan izləri vardımı orda, dedi, məscidlərdən başqa heç nə. Onlar da ki, dağılmış, sökülmüş vəziyyətdə.
Amma əvəzində “qəhrəmanlıq muzeyi” filan yaradılıbmış. Orda da son 20 ilə aid şəkillərdən başqa heç nə yox idi. İcazə alaraq, şəkilləri sizlərlə paylaşıram. Baxın o yerlər bizi gözləyir. Gəlin qayıdaq!…
Posted by: javideas on: 07/03/2012
Amma təəssüflər indi mənzərə başqadı, onu da adi binaya çevirib, tikinti işlərinə başlayıblar. 55 illik tarixi olan yaşıllıq binasından əsər əlamət qalmayıb!
2007-ci ildəki görünüşlə 2012-dəkini müqayisə edəndə fərqi asanlıqla görmək olur!
Posted by: javideas on: 25/02/2012
Sumqayıtda gəzərkən təsadüfən Sülh küçəsindəki Heydər Əliyevin heykəli kimi tanınan (əvvəllər avtovağzal) ərazidə əməlli başlı dağıntı, söküntü, geniş tərkibli qırıcılıq-abadlıq işləri getdiyini gördüm. Halbuki, bura kifayət qədər təmiz, abad yerlərdən biri idi Sumqayıtda. Read the rest of this entry »
Posted by: javideas on: 03/02/2012
Posted by: javideas on: 06/12/2011
“Bloq Günü xalqımızın həyatında böyük rol oynayan, real şəraitdə tarixi zərurətdən yaranan günlərdən biridir. Bu gün münasibətilə, xalqımızın milli mənəvi dəyərlərini (fikir və söz azadlığını-red) daim rəhbər tutan, onun uğrunda çalışan bütün zəhmətkeş bloqçuları təbrik edirəm!” Heydər Əliyev (AzTv arxivindən)
Posted by: javideas on: 08/09/2011
Bloqosfer 2011 gözləniləndən də səs-küylü oldu. Belə götürəndə səs-küylü olmalı idi. Çünki, bütün bloqçular, yeni media və İT mütəxəssisləri, jurnalistlər, Azərbaycan İnternetinin “dinozavr”-ları, “kloun”-ları, bir sözlə hamı orda idi. Bu dəfəki forumu bəyənənlər də oldu, bəyənməyənlər də.
Posted by: javideas on: 05/09/2011
Bloqosfer 2011 bu gün sona çatdı. 2-4 Sentyabr tarixləri ərzində bloqçuluq, yeni media ilə əlaqəli kifayət qədər maraqlı və qalmaqallı forum keçdi (bu haqda sonra).
Bloqosfer 2011-də məncə, ən yaddaqalan hadisə #twitterdecavabverecem-in necə yaranması oldu. Rauf Mərdiyevin öz yazdığının arxasında dura bilməməsi Azərbaycan İnternetinə bu trendi qazandırdı. Qısa zaman kəsiyində AzTwi statistikasına düşdü (artıq #qiniyiram unuduldu).
İndi hamı elə düşünür ki, “tvitterdə cavab vermək” -lə yalnız R. Mərdiyev məşğul olur. Amma təsadüfən facebook-da Britaniya Səfirliyinin əməkdaşına məxsus bir paylaşım gördüm. Sən demə, Raufdan 2 gün qabaq “tvitterdə cavab verən” olub, özü də rəsmi şəxs.
Posted by: javideas on: 08/08/2011
Posted by: javideas on: 04/08/2011
Keçən həftə Sumqayıt gəncləri ilə birlikdə Qubaya getmişdik. Yaşıllıqlarla ötrülmüş Əmsar kəndində, çayın kənarında yerləşirdi düşərgəmiz. Ora çatar-çatmaz təbiətin qoynuna atıldıq. Hamı başladı şəkil çəkdirməyə, nə bilim müxtəlif pozalar verməyə.
Qubada ilk dəfə olduğumdan və şəkil həvəskarı olduğumdan mən də başladım çoxlu şəkil çəkdirməyə. Bu vaxt 3-4 nəfər oğlanın (ordakı obyektlərin işçiləri idi) yığdıqları qalaq-qalaq zibilləri arsız şəkildə utanmadan çaya atdıqlarını gördüm. Bu vəziyyət bir neçə dəfə təkrarlandı. Sizinlə paylaşmaq üçün şəkillərini çəkdim:
Son şərhlər