- In: Cəmiyyət | Münaqişə | Şəhərim
- 6 Comments
Qarabağ üçün darıxmısız? Bəs Şuşa üçün necə? Elə isə 20 il sonra Şuşa, Ağdamdan şəkillər!
Bu yaxınlarda Bakıda olan rumın dostumun Cənubi Qafqaz səyahətinə Dağlıq Qarabağ da daxil idi. Şəkilləri görəndə, qısqandım, əcnəbi olub ora getmək istədim lap. Soruşanda Azərbaycan izləri vardımı orda, dedi, məscidlərdən başqa heç nə. Onlar da ki, dağılmış, sökülmüş vəziyyətdə.
Amma əvəzində “qəhrəmanlıq muzeyi” filan yaradılıbmış. Orda da son 20 ilə aid şəkillərdən başqa heç nə yox idi. İcazə alaraq, şəkilləri sizlərlə paylaşıram. Baxın o yerlər bizi gözləyir. Gəlin qayıdaq!…
- In: Sumqayıt | Şəhərim
- Leave a Comment
Sumqayıtın ən gözəl binalarından biri olan İcra Hakimiyyəti binasını bütün şəhər sakinləri sevirdi. 1959-cu ildə tikilən bu bina öz orijinallığı ilə bəlkə də dünyada yeganə bina idi.
Amma təəssüflər indi mənzərə başqadı, onu da adi binaya çevirib, tikinti işlərinə başlayıblar. 55 illik tarixi olan yaşıllıq binasından əsər əlamət qalmayıb!
2007-ci ildəki görünüşlə 2012-dəkini müqayisə edəndə fərqi asanlıqla görmək olur!
- In: Sumqayıt | Şəhərim
- Leave a Comment
Sumqayıtda bu yaxınlarda təmir olunmuş və kifayət qədər yaxşı olan park yenidən söküldü.
Sumqayıtda gəzərkən təsadüfən Sülh küçəsindəki Heydər Əliyevin heykəli kimi tanınan (əvvəllər avtovağzal) ərazidə əməlli başlı dağıntı, söküntü, geniş tərkibli qırıcılıq-abadlıq işləri getdiyini gördüm. Halbuki, bura kifayət qədər təmiz, abad yerlərdən biri idi Sumqayıtda. Read the rest of this entry »
“Sarı gəlin” yoxsa “Qızılı klitor” ?!
Posted 03/02/2012
on:- In: Cəmiyyət | Kitabxana
- 8 Comments
Əli Əkbərin “Sarı Gəlin” romanını təzəcə oxuyub qurtardım. Bir qrup “young activist”-in bəh-bəhlə təriflədiyi kitab bu idi?! Roman məni hər tərəfli məyus etdi. Yox mentalitet keşikçisi zad deyiləm, amma romanı oxuyanda əlimdəki kitabdan iyrəndim!
Read the rest of this entry »
Ümummilli bayramımız: Bloq Günü
Posted 06/12/2011
on:- In: Bloqosfer 2011 | Sumqayıt | Şəhərim
- 4 Comments
“Bloq Günü xalqımızın həyatında böyük rol oynayan, real şəraitdə tarixi zərurətdən yaranan günlərdən biridir. Bu gün münasibətilə, xalqımızın milli mənəvi dəyərlərini (fikir və söz azadlığını-red) daim rəhbər tutan, onun uğrunda çalışan bütün zəhmətkeş bloqçuları təbrik edirəm!” Heydər Əliyev (AzTv arxivindən)
İlin internet hadisəsi: Bloqosfer 2011
Posted 08/09/2011
on:- In: Bloqosfer 2011 | Seminar
- 2 Comments
Bloqosfer 2011 gözləniləndən də səs-küylü oldu. Belə götürəndə səs-küylü olmalı idi. Çünki, bütün bloqçular, yeni media və İT mütəxəssisləri, jurnalistlər, Azərbaycan İnternetinin “dinozavr”-ları, “kloun”-ları, bir sözlə hamı orda idi. Bu dəfəki forumu bəyənənlər də oldu, bəyənməyənlər də.
“Tvitterdə cavab verən” ilk şəxs :)
Posted 05/09/2011
on:Bloqosfer 2011 bu gün sona çatdı. 2-4 Sentyabr tarixləri ərzində bloqçuluq, yeni media ilə əlaqəli kifayət qədər maraqlı və qalmaqallı forum keçdi (bu haqda sonra).
Bloqosfer 2011-də məncə, ən yaddaqalan hadisə #twitterdecavabverecem-in necə yaranması oldu. Rauf Mərdiyevin öz yazdığının arxasında dura bilməməsi Azərbaycan İnternetinə bu trendi qazandırdı. Qısa zaman kəsiyində AzTwi statistikasına düşdü (artıq #qiniyiram unuduldu).
İndi hamı elə düşünür ki, “tvitterdə cavab vermək” -lə yalnız R. Mərdiyev məşğul olur. Amma təsadüfən facebook-da Britaniya Səfirliyinin əməkdaşına məxsus bir paylaşım gördüm. Sən demə, Raufdan 2 gün qabaq “tvitterdə cavab verən” olub, özü də rəsmi şəxs.
Mən də əsgərəm!
Posted 08/08/2011
on:Turizm ili Qubada.
Posted 04/08/2011
on:- In: Cəmiyyət | Ekologiya
- 2 Comments
Keçən həftə Sumqayıt gəncləri ilə birlikdə Qubaya getmişdik. Yaşıllıqlarla ötrülmüş Əmsar kəndində, çayın kənarında yerləşirdi düşərgəmiz. Ora çatar-çatmaz təbiətin qoynuna atıldıq. Hamı başladı şəkil çəkdirməyə, nə bilim müxtəlif pozalar verməyə.
Qubada ilk dəfə olduğumdan və şəkil həvəskarı olduğumdan mən də başladım çoxlu şəkil çəkdirməyə. Bu vaxt 3-4 nəfər oğlanın (ordakı obyektlərin işçiləri idi) yığdıqları qalaq-qalaq zibilləri arsız şəkildə utanmadan çaya atdıqlarını gördüm. Bu vəziyyət bir neçə dəfə təkrarlandı. Sizinlə paylaşmaq üçün şəkillərini çəkdim: