javİDeas

Archive for March 2012

Qarabağ üçün darıxmısız? Bəs Şuşa üçün necə? Elə isə 20 il sonra Şuşa, Ağdamdan şəkillər!

Bu yaxınlarda Bakıda olan rumın dostumun Cənubi Qafqaz səyahətinə Dağlıq Qarabağ da daxil idi. Şəkilləri görəndə, qısqandım, əcnəbi olub ora getmək istədim lap. Soruşanda Azərbaycan izləri vardımı orda, dedi, məscidlərdən başqa heç nə. Onlar da ki, dağılmış, sökülmüş vəziyyətdə.

Amma əvəzində “qəhrəmanlıq muzeyi”  filan yaradılıbmış. Orda da son 20 ilə aid şəkillərdən başqa heç nə yox idi. İcazə alaraq, şəkilləri sizlərlə paylaşıram. Baxın o yerlər bizi gözləyir. Gəlin qayıdaq!…

Şuşa qalası, Шушинская крепость - XVIII əsr

Read the rest of this entry »

Advertisements

Sumqayıtın ən gözəl binalarından biri olan İcra Hakimiyyəti  binasını bütün şəhər sakinləri sevirdi. 1959-cu ildə tikilən bu bina öz orijinallığı ilə bəlkə də dünyada yeganə bina idi. 

Amma təəssüflər indi mənzərə başqadı, onu da adi binaya çevirib, tikinti işlərinə başlayıblar. 55 illik tarixi olan yaşıllıq binasından əsər əlamət qalmayıb!

2007-ci ildəki görünüşlə 2012-dəkini müqayisə edəndə fərqi asanlıqla görmək olur!

Sumqayıt Şəhər İcra Hakimiyyəti 2007-ci ildə və bu gün.


Twitterdə

Blog Stats

  • 17,166 hits

Dəyirmanını suladığım ölkələr!

NetworkedBlogs

Advertisements
%d bloggers like this: