javİDeas

Posts Tagged ‘Azərbaycan

Sumqayıtda bu yaxınlarda  təmir olunmuş və kifayət qədər yaxşı olan park yenidən söküldü. 

 

Heydər Əliyevin heykəli olan parkda yenidənqırma işləri.

Sumqayıtda gəzərkən təsadüfən Sülh küçəsindəki Heydər Əliyevin heykəli kimi tanınan (əvvəllər avtovağzal) ərazidə əməlli başlı dağıntı, söküntü, geniş tərkibli qırıcılıq-abadlıq işləri getdiyini gördüm. Halbuki, bura kifayət qədər təmiz, abad yerlərdən biri idi Sumqayıtda. Read the rest of this entry »

Advertisements

Əli Əkbərin “Sarı Gəlin” romanını təzəcə oxuyub qurtardım. Bir qrup “young activist”-in bəh-bəhlə təriflədiyi kitab bu idi?! Roman məni hər tərəfli məyus etdi. Yox mentalitet keşikçisi zad deyiləm, amma romanı oxuyanda əlimdəki  kitabdan iyrəndim!

Read the rest of this entry »

Bu gün Sumqayıtda şəhər icra hakimiyyətinin təşəbbüsü ilə 50 metrlik tort kəsildi. Tort prezident İlham Əliyevin 50 illik yubileyi ilə əlaqədar hazırlanmışdı. İcra hakimi Eldar Əzizov bunu şəhər sakinlərinə hədiyyə etdiklərini deyib. Həmçinin, Avropada yeganə olaraq Sumqayıtda bu uzunluqda  tortun hazırlandığını bildirib.

Tortun kəsildiyi məkana, Kimyaçılar meydanına gedəndə atrıq gec idi. Tortun bitməsinə baxmayaraq, hələ də insanlarla dolu idi. Onlar ordan-burdan hissələr əldə etməyə çalışırdılar. Mənzərə ürəkaçan deyildi. Qarışıqlıq idi.  Read the rest of this entry »

“Bloq Günü xalqımızın həyatında böyük rol oynayan, real şəraitdə tarixi zərurətdən yaranan günlərdən biridir. Bu gün münasibətilə, xalqımızın milli mənəvi dəyərlərini (fikir və söz azadlığını-red) daim rəhbər tutan, onun uğrunda çalışan bütün zəhmətkeş bloqçuları təbrik edirəm!” Heydər Əliyev (AzTv arxivindən) 

Read the rest of this entry »

Mən də əsgərəm! Hərbi hissədə andiçmə vaxtı bu uşaq dirəndi ki, əsgərlərlə dayanacam! Onların etdiklərini həvəslə təkrarlayırdı. Sabahından xəbərsiz idi, sabahın əsgəri!

Keçən həftə Sumqayıt gəncləri ilə birlikdə Qubaya getmişdik. Yaşıllıqlarla ötrülmüş Əmsar kəndində, çayın kənarında yerləşirdi düşərgəmiz. Ora çatar-çatmaz təbiətin qoynuna atıldıq. Hamı başladı şəkil çəkdirməyə, nə bilim müxtəlif pozalar verməyə.

Qubada ilk dəfə olduğumdan və şəkil həvəskarı olduğumdan mən də başladım çoxlu şəkil çəkdirməyə. Bu vaxt 3-4 nəfər oğlanın (ordakı obyektlərin işçiləri idi) yığdıqları qalaq-qalaq zibilləri arsız şəkildə utanmadan çaya atdıqlarını gördüm. Bu vəziyyət bir neçə dəfə təkrarlandı. Sizinlə paylaşmaq üçün şəkillərini çəkdim:

Qubalılar çayı zəhərləyərkən.

Read the rest of this entry »

Müstəqilliyimizin 20-ci ilinə həsr olunmuş paraddan isti-isti görüntülər:


Twitterdə

Blog Stats

  • 17,166 hits

Dəyirmanını suladığım ölkələr!

NetworkedBlogs

Advertisements
%d bloggers like this: