javİDeas

Posts Tagged ‘Azerbaijan

Mən də əsgərəm! Hərbi hissədə andiçmə vaxtı bu uşaq dirəndi ki, əsgərlərlə dayanacam! Onların etdiklərini həvəslə təkrarlayırdı. Sabahından xəbərsiz idi, sabahın əsgəri!

Advertisements

Keçən həftə Sumqayıt gəncləri ilə birlikdə Qubaya getmişdik. Yaşıllıqlarla ötrülmüş Əmsar kəndində, çayın kənarında yerləşirdi düşərgəmiz. Ora çatar-çatmaz təbiətin qoynuna atıldıq. Hamı başladı şəkil çəkdirməyə, nə bilim müxtəlif pozalar verməyə.

Qubada ilk dəfə olduğumdan və şəkil həvəskarı olduğumdan mən də başladım çoxlu şəkil çəkdirməyə. Bu vaxt 3-4 nəfər oğlanın (ordakı obyektlərin işçiləri idi) yığdıqları qalaq-qalaq zibilləri arsız şəkildə utanmadan çaya atdıqlarını gördüm. Bu vəziyyət bir neçə dəfə təkrarlandı. Sizinlə paylaşmaq üçün şəkillərini çəkdim:

Qubalılar çayı zəhərləyərkən.

Read the rest of this entry »

Xırdalan yolundan keçirdim, belə maraqlı bir mənzərə ilə rastlaşdım. Xırdalandakı Misir dostluq parkından Hüsnü Mübarəkin heykəli götürüləndən sonra, yol qırağına vurulmuş lövhələrdəki şəkilləri də qaraldılmışdı. Bir vaxtlar həmin parkda istirahət edən xırdalan camaatı, indi görünür Mübarəkdən elə inciyiblər ki,  onun şəkillərini belə görmək istəmirlər.

Misirin eks prezidenti H. Mübarək

Read the rest of this entry »

Son statistikaya görə facebook-un Azərbaycandan olan istifadəçilərinin sayı 411 840 nəfər olub. Bu göstərici ilə Azərbaycan dünya ölkələri arasında 95-ci yeri tutur. İstifadəçilərin sayının artması ilə yanaşı, facebook-da müəyyən problemlər də çoxalır. Bir çox dostumun şikayətlərini nəzərə alaraq bununla bağlı sorğu keçirdim. “Facebook-da  edilənlərdən hansına daha çox nifrət edirsiz?” sualına 2 ay ərzində 17.815 səs verildi (iştirakçılar variant əlavə etməkdə azad idilər). Read the rest of this entry »

Müstəqilliyimizin 20-ci ilinə həsr olunmuş paraddan isti-isti görüntülər:

Həmişə Eurovisona axıra qədər baxırdım. Amma bu dəfə yatdım, tez durmalı idim. Amma yuxuda Azərbaycanın hansısa ölkə ilə dirəşdiyini görmüşdüm (ölkə yadımda olmasa da 200 xalla Azərbaycanın öndə olduğunu xatırlayıram). Oyananda artıq təbrik SMS-ləri və zənglərdən aydın oldu ki, qalib gəlmişik! Tez komp-a cumdum. TV-də baxmaq və canlı sevinmək qismət olmasa da, yaşadığım hisslər pis deyildi. Nəhayət ki, biz bunu bacardıq. 4 illik əziyyət ( etiraf edək hamımız istəyirdik bunu, özü də çox) özünü doğrultdu. Eurovison 2011 mahnımız Avropanı fəth elədi və Eurovison 2012 Bakıda baş tutacaq(ümüd edirəm yollar, tikintilər ona qədər bitəcək :)). Read the rest of this entry »


Twitterdə

Error: Twitter did not respond. Please wait a few minutes and refresh this page.

Blog Stats

  • 17,166 hits

Dəyirmanını suladığım ölkələr!

NetworkedBlogs

Advertisements
%d bloggers like this: