javİDeas

Posts Tagged ‘sumqayıt

Sumqayıtın ən gözəl binalarından biri olan İcra Hakimiyyəti  binasını bütün şəhər sakinləri sevirdi. 1959-cu ildə tikilən bu bina öz orijinallığı ilə bəlkə də dünyada yeganə bina idi. 

Amma təəssüflər indi mənzərə başqadı, onu da adi binaya çevirib, tikinti işlərinə başlayıblar. 55 illik tarixi olan yaşıllıq binasından əsər əlamət qalmayıb!

2007-ci ildəki görünüşlə 2012-dəkini müqayisə edəndə fərqi asanlıqla görmək olur!

Sumqayıt Şəhər İcra Hakimiyyəti 2007-ci ildə və bu gün.

Advertisements

Sumqayıtda bu yaxınlarda  təmir olunmuş və kifayət qədər yaxşı olan park yenidən söküldü. 

 

Heydər Əliyevin heykəli olan parkda yenidənqırma işləri.

Sumqayıtda gəzərkən təsadüfən Sülh küçəsindəki Heydər Əliyevin heykəli kimi tanınan (əvvəllər avtovağzal) ərazidə əməlli başlı dağıntı, söküntü, geniş tərkibli qırıcılıq-abadlıq işləri getdiyini gördüm. Halbuki, bura kifayət qədər təmiz, abad yerlərdən biri idi Sumqayıtda. Read the rest of this entry »

Bu gün Sumqayıtda şəhər icra hakimiyyətinin təşəbbüsü ilə 50 metrlik tort kəsildi. Tort prezident İlham Əliyevin 50 illik yubileyi ilə əlaqədar hazırlanmışdı. İcra hakimi Eldar Əzizov bunu şəhər sakinlərinə hədiyyə etdiklərini deyib. Həmçinin, Avropada yeganə olaraq Sumqayıtda bu uzunluqda  tortun hazırlandığını bildirib.

Tortun kəsildiyi məkana, Kimyaçılar meydanına gedəndə atrıq gec idi. Tortun bitməsinə baxmayaraq, hələ də insanlarla dolu idi. Onlar ordan-burdan hissələr əldə etməyə çalışırdılar. Mənzərə ürəkaçan deyildi. Qarışıqlıq idi.  Read the rest of this entry »

“Bloq Günü xalqımızın həyatında böyük rol oynayan, real şəraitdə tarixi zərurətdən yaranan günlərdən biridir. Bu gün münasibətilə, xalqımızın milli mənəvi dəyərlərini (fikir və söz azadlığını-red) daim rəhbər tutan, onun uğrunda çalışan bütün zəhmətkeş bloqçuları təbrik edirəm!” Heydər Əliyev (AzTv arxivindən) 

Read the rest of this entry »

Sumqayıt "piyanar"-ları parada hazırlaşarkən. 10/05/2011

Read the rest of this entry »

Yeni ilə az qaldığını nəzərə alaraq Sumqayıtın bayrama hazır olub-olmaması hamınıza maraqlı gələ bilər. Elə mənə də. Bunu öyrənmək üçün şəhəri gəzməyə çıxdım. Mərkəzi meydanlardan (Göyərçin, İcra hakimiyyətinin qarşısı) başqa qalan küçə və meydanlarda heç nə görmədim və ya gördüklərim məni qane etmədi.

Read the rest of this entry »


Twitterdə

Blog Stats

  • 17,166 hits

Dəyirmanını suladığım ölkələr!

NetworkedBlogs

Advertisements
%d bloggers like this: